Varlığın Səsi dərgisi / özəl buraxılış نوامبر 20, 2023
Türk dilində üç burun samiti var. Bunlar "m, n, və (ŋ) ya “sağır n" dırlar. Sağır n dilin ucundan deyil, burun keçidindən gəlir . Məsəl üçün nanə, kənd, un, nəvə ... kimi sözlərdə, adi n səsi olur amma, "sənin" sözünün sonunda gələn n və ya könül sözündəki n da, dil daha içəri də damağa dəyir və son səs boğazdan başlar, burundan çıxır. Yazıda “K” (ک) və üstündə üç nöqtə ilə "ڭ" şəklində göstərilən "nun kaf", "sağır n (ŋ) " , nazal (burun) n və "nef"..., araşdırılır.
Urmiya bölgəsinin aşıq ənənəsi, digər türk torpaqları kimi, müxtəlif dövrlərdə həm ozan, həm də aşıq ənənəsinə malik olmaqla, ozan/aşıq ənənələrinin bütün xüsusiyyətlərini günümüzə qədər qoruyub saxlamışdır. Aşiqların solola çalmaları, məqamlarının qeyri-ritmik olması, musiqinin yeddi simli “çalgı” ilə yanaşı sazlı/sözlü mahiyyəti Urmiya aşıq məktəbinin əsas cəhətləridir ki, bu da onu İranda və dünyada bənzərsiz edir.
Kitab:183 səhifə ![]()
Futhark əlifbası, miladın 3 və 17 əsrləri arasında Şimali Avropa Germən xalqları (İsveç, Norveç və Danimarka) tərəfindən istifadə edilmişdi. Avropada daha çoxu İsveç və Norveçdə olan təxminən 3500 daş abidənin bu yazı ilə yazıldığı iddia edilir. Bu yazıda Runik(Rün) olaraq da adlandırılan bu Futhark əlifbası, qədim türk yazıları Göytürk əlifbası ilə eyni mənşədən qaynaqlandıqını araşdırılır.
Bu kitab 7-10-cu əsrlərdə Azərbaycanda türklərin roluna həsr olunub. Ərəb istilasına qədər Cənubi Qafqazda baş verən hərbi-siyasi hadisələrdə xəzərlərin rolunu, regiondakı siyasi təsirini, ərəblərə qarşı müqavimətin təşkilində Qafqaz Albaniyası ilə Xəzər xaqanlığının münasibətlərini müqayisəli yazılı tarixi mənbələrin təhlili əsasında dəyərləndirir. Həmçinin ərəblərlə xəzərlər arasında baş verən münaqişədən sonrakı üç yüz il ərzində Şimali Azərbaycanın tarixi-iqtisadi mühitinin formalaşmasında xəzər dövlətinin əhəmiyyəti təhlil edilir və bu məsələyə yeni baxış təqdim edilir.
İmperiyanın son illərində dövlətin taleyini daşıyan İttihad və Tərəqqi Komitəsinin (İTK) dövlətin qədim qonşusu İranla münasibətləri öz inkişaf proseslərindəki dəyişikliklərə paralel olaraq diferensiasiya göstərir. . Qərbdə sürgündə olan bir qrup müxalif ziyalı olaraq İTK-in İran və Osmanlı İmperiyası münasibətlərinə baxışını formalaşdıran qruplar Əbdülhəmidlə kifayət qədər sadəlövh müxalifətdən ibarət idi. Münasibətlərin şiə-sünni gərginliyi kontekstindən kənarda idarə olunmasını istəyən Gənc Türk ziyalılarının fikrincə, İran və Osmanlı xalqları arasında heç bir problem olmasa da, despotik Əbdülhəmid rəhbərliyi sayəsində iki ölkə arasındakı gərginlik qalıcı xarakter almışdı.
Regional təhlükəsizlik blokunun yaradılması və onun sərhədlərinin bütövlüyünün qorunması Atatürk dövründə Türkiyə Cümhuriyyətinin mühüm siyasətinə çevrildi. Bu məqsədlə sərhəd qonşuları ilə münasibətlərin yaxşılaşdırılmasına diqqət yetirilib, problemlərin qarşılıqlı həlli üçün sazişlər bağlanıb. İranla münasibətlərdə ən mühüm problem sərhədlərin qeyri-müəyyənliyi və tayfaların fəaliyyəti idi. Bu məqalədə iki ölkə arasında əlaqələrin inkişafı və Şərq paktı da adlandırılan Sədabad paktının formalaşması araşdırılır.
Təxminən 60 il əvvələ qədər dünyanın 4-cü ən böyük gölü kimi tanınan Aral gölü bölgənin "səhranın mavi gözü" idi. Lakin bu mavi göz 21-ci əsrə çata bilmədi.Gölün səthi 90 faiz kiçildi və yerini suların çəkildiyi hissədə əmələ gələn "dünyanın ən gənc səhrası" olan Aralkum aldı.Aral gölü təslim oldu və sularını çəkdi.
Aral gölünün quruması prosesinin Urmiya gölündən daha erkən başladığını və Azərbaycanın bu incisinin qurumasının səbəb və nəticələrinin Aral gölü ilə oxşarlığını nəzərə alaraq, məni bu məqaləni tərcümə etməyə həvəsləndirdi. Onun taleyi və onu xilas etmək üçün həyata keçirilən siyasətlər, bəlkə də fəlakətin dərinliyini anlamaq və Urmiya gölünü xilas etmək üçün faydalı ola bilər.
Bu tədqiqat Azərbaycan Türk Tarixşünaslığında Erkən Türk Tarixi araşdırmalarına aiddir. Bu kontekstdə Azərbaycanda İlk Türk Tarixinin necə işləndiyi və bu dövrə daxil olan tarixi yanaşma vurğulanıb. Tədqiqatın əhatə dairəsi Azərbaycanda Türk Tarixi yanaşmasının müəyyən etdiyi xronoloji dərinlikdə tərtib edilmişdir.
روش قدیم شش انگشت گذاری و راه حل آوا نویسی برای پرده ها در توضیح موسیقی اورموی
- Farscaya tərcüməH. G. Farmerin “musiqi tarixində sistematik məktəbin banisi” olaraq təyin etdiyi musiqi nəzəriyyəçisi Safiyyüddin Urmevinin əsərində bizə məlum olmayan bir musiqi yazı sistemindən bəhs edir. Meraği bu sistemi "altı barmaq mövqeyi" metodu adlandırdı. Bu məqalə “altıbarmaq üsulunun nə olduğu və necə başa düşülməli olduğu” üzərində dayanır, Safiyyüddin tərəfindən yazılmış nümunələrin necə başa düşülməsi lazım olduğunu həll etməyi hədəfləyir və dəqiqliyi sınanmış yeni bir “pərdə transkripsiyası” təklif edir.
یک شخص، دو تصویر: معاویه بن ابو سفیان به نقل از معتزله و حنبلی
Məqalə- Farscaya tərcümə1988 dən grafik çaləşmasına başladım. sonralar komputer gəlincə grafik align="justify"tasarıların Coreldraw, Photoshop və bənzəri programlarla dəvam etdirdim. Tədqiqatın əhatə dairəsi Azərbaycanda Türk Tarixi yanaşmasının müəyyən etdiyi xronoloji dərinlikdə tərtib edilmişdir.
2002 ilindən etibarən Veb səhifələri tasarımını da çalışma alanıma qatdım HTML, CSS kodları yazmağa başladım.
2008-ci ildən 2020-ci ilin əvvəlinə qədər İsveçdə çap şirkəti açdım və “Puldan başqa hər şeyi çap edirik” şüarı ilə rəqəmsal çap şirkətini idarə etdim.
1952 də Urmiyə səhərində Topraq qala dərvazasına yaxın bir evdə anadan oldum. Məhəlləmmizi soruşanda İsmail Bəy Məscidi olaraq diyərdik. İbtidai təhsilimi Məhəmməd Rza Şah məktəbi, orta və ali təhsilimi isə Rza Sah Ali Məktəbində təbiət elmləri üzrə təhsil aldim. 1971 də Sah rejiminin SAVAK təşkilati tərəfindən milli kimlik fəaliyətimə görə tutuqlanib 8 ay həpsə məhkum edildim. 1973 təsil ili Universitet imtahanin qazanaraq Urmiyada Əkinçilik və Heyvandarlıq Fakültəsində, Heyvandarlıq Mühəndisliyi oxudum və 1977 də İkinci leytenant zabit olaraq (Tərvic və Abadani Korpusu) başladığım əsgərlik dövründə, 1979da Islam adli inqilabdan sonra müxtəlif islərlə o cümlədən , Tabelaçiliq və ailə sirkətində teflon qablarin istehsali ilə məşgul oldum.1990 dan itibarən sevdigim iş Grafik Dizayna başladim. Sonralar kompüter gəldikdən sonra rəqəmsəl grafikə geçdim və daha sonra internet gəlincə Veb Dizayn da işimə əlavə oldu. 2006 ilində Azərbaycan kimlik etirazları sonrası İran itilaat güclərinin təzyiqləri nəticəsində ölkəni tərk etmək məcburiyətində qaldım. 2008 dən 2019 pandemisi başlayana qədər İsveçdə Linkıping şəhərində özümə aid rəqəmsal çap evində çap işlərilə məşqulidim. 2019 da təqaudlu oldum. Ədəbi-tarixi və digər maraq doğuran mövzularda yazmaq, türk və ingilis dillərindən tərcümə isləri ilə məşgulam və təqaüdümü maksimum dərəcədə istifadə etməyə çaliışıram. Həyatımın bu dövrünün məhsulunu bu saytda görürsünüz.