Səlam, mən

Əli Ardi (URMAN)

Türk Dili, Tarixi və Ədəbiyyatı ilə marağlanıram!
Xoş gəldiniz!

Yazı

  • Dr. Ziya Sədrüləşrafinin 77.ci ad günündə danışıq

    Varlığın Səsi dərgisi / özəl buraxılış نوامبر 20, 2023


  • Dilimizdə Unudulmuş Səs / Hərf (Məqalə)  PDF
  • Xülasə :

    Türk dilində üç burun samiti var. Bunlar "m, n, və (ŋ) ya “sağır n" dırlar. Sağır n dilin ucundan deyil, burun keçidindən gəlir . Məsəl üçün nanə, kənd, un, nəvə ... kimi sözlərdə, adi n səsi olur amma, "sənin" sözünün sonunda gələn n və ya könül sözündəki n da, dil daha içəri də damağa dəyir və son səs boğazdan başlar, burundan çıxır. Yazıda “K” (ک) və üstündə üç nöqtə ilə "ڭ" şəklində göstərilən "nun kaf", "sağır n (ŋ) " , nazal (burun) n və "nef"..., araşdırılır.

  • اونویولموش سس/حرف Arableter

  • URMİYƏ AŞIQ MƏKTƏBİİ
  • Xülasə :

    Urmiya bölgəsinin aşıq ənənəsi, digər türk torpaqları kimi, müxtəlif dövrlərdə həm ozan, həm də aşıq ənənəsinə malik olmaqla, ozan/aşıq ənənələrinin bütün xüsusiyyətlərini günümüzə qədər qoruyub saxlamışdır. Aşiqların solola çalmaları, məqamlarının qeyri-ritmik olması, musiqinin yeddi simli “çalgı” ilə yanaşı sazlı/sözlü mahiyyəti Urmiya aşıq məktəbinin əsas cəhətləridir ki, bu da onu İranda və dünyada bənzərsiz edir.
    Kitab:183 səhifə PDF
    cover_AZ

  • Məqalə:31 səhifə, Üç aylık kültür və sənət dərgisi BUTA'nın 12-13 nümrəsində dərc olunub.-Farsca yazı  PDF
    Buta
  • Kitab:194 səhifə -farsca yazı PDF
    Urmiye ashiq

  • Qıssa Novellər:

  • Məmoş PDF
  • Aşıq Fərhaddan bir xatirə PDF

  • WhatsApp də paylaşdığım bir yazı Molla Pənah VAQİF (Farsca) PDF

Tərcümə

  • Məqalə
  • FUTHARK əlifbasının sirri - İngliscədən tərcümə PDF
  • Xülasə :

    Futhark əlifbası, miladın 3 və 17 əsrləri arasında Şimali Avropa Germən xalqları (İsveç, Norveç və Danimarka) tərəfindən istifadə edilmişdi. Avropada daha çoxu İsveç və Norveçdə olan təxminən 3500 daş abidənin bu yazı ilə yazıldığı iddia edilir. Bu yazıda Runik(Rün) olaraq da adlandırılan bu Futhark əlifbası, qədim türk yazıları Göytürk əlifbası ilə eyni mənşədən qaynaqlandıqını araşdırılır.


  • Tuğrul və Əxtər yayınları tərəfindən yayınlanan, 206 səhifəlik kitab
  • Xəzərlər və Azərbaycan/ Fərda Əsədov- Farscaya tərcümə PDF
    xezer
  • Xülasə :

    Bu kitab 7-10-cu əsrlərdə Azərbaycanda türklərin roluna həsr olunub. Ərəb istilasına qədər Cənubi Qafqazda baş verən hərbi-siyasi hadisələrdə xəzərlərin rolunu, regiondakı siyasi təsirini, ərəblərə qarşı müqavimətin təşkilində Qafqaz Albaniyası ilə Xəzər xaqanlığının münasibətlərini müqayisəli yazılı tarixi mənbələrin təhlili əsasında dəyərləndirir. Həmçinin ərəblərlə xəzərlər arasında baş verən münaqişədən sonrakı üç yüz il ərzində Şimali Azərbaycanın tarixi-iqtisadi mühitinin formalaşmasında xəzər dövlətinin əhəmiyyəti təhlil edilir və bu məsələyə yeni baxış təqdim edilir.


  • Məqalə : Aydın Gələcək jurnalı nömrə 13də dərc olunub.
  • İTTİHAD VE TERAKKİ CEMİYETİ’NİN İRAN POLİTİKASI / M. VOLKAN ATUK- Farscaya tərcümə PDF
    aydin
  • Xülasə :

    İmperiyanın son illərində dövlətin taleyini daşıyan İttihad və Tərəqqi Komitəsinin (İTK) dövlətin qədim qonşusu İranla münasibətləri öz inkişaf proseslərindəki dəyişikliklərə paralel olaraq diferensiasiya göstərir. . Qərbdə sürgündə olan bir qrup müxalif ziyalı olaraq İTK-in İran və Osmanlı İmperiyası münasibətlərinə baxışını formalaşdıran qruplar Əbdülhəmidlə kifayət qədər sadəlövh müxalifətdən ibarət idi. Münasibətlərin şiə-sünni gərginliyi kontekstindən kənarda idarə olunmasını istəyən Gənc Türk ziyalılarının fikrincə, İran və Osmanlı xalqları arasında heç bir problem olmasa da, despotik Əbdülhəmid rəhbərliyi sayəsində iki ölkə arasındakı gərginlik qalıcı xarakter almışdı.


  • Məqalə
  • ATATÜRK DÖNEMİ (1923–1938) TÜRK‐İRAN İLİŞKİLERİ VE SADABAD PAKTI / İbrahim Erdal - Farscaya tərcümə PDF
  • Xülasə :

    Regional təhlükəsizlik blokunun yaradılması və onun sərhədlərinin bütövlüyünün qorunması Atatürk dövründə Türkiyə Cümhuriyyətinin mühüm siyasətinə çevrildi. Bu məqsədlə sərhəd qonşuları ilə münasibətlərin yaxşılaşdırılmasına diqqət yetirilib, problemlərin qarşılıqlı həlli üçün sazişlər bağlanıb. İranla münasibətlərdə ən mühüm problem sərhədlərin qeyri-müəyyənliyi və tayfaların fəaliyyəti idi. Bu məqalədə iki ölkə arasında əlaqələrin inkişafı və Şərq paktı da adlandırılan Sədabad paktının formalaşması araşdırılır.


  • Məqalə
  • Aral Gölü Kime Küstü ? Geri Döner mi ? / Dursun YILDIZ - Farscaya tərcümə PDF
  • Xülasə :

    Təxminən 60 il əvvələ qədər dünyanın 4-cü ən böyük gölü kimi tanınan Aral gölü bölgənin "səhranın mavi gözü" idi. Lakin bu mavi göz 21-ci əsrə çata bilmədi.Gölün səthi 90 faiz kiçildi və yerini suların çəkildiyi hissədə əmələ gələn "dünyanın ən gənc səhrası" olan Aralkum aldı.Aral gölü təslim oldu və sularını çəkdi.
    Aral gölünün quruması prosesinin Urmiya gölündən daha erkən başladığını və Azərbaycanın bu incisinin qurumasının səbəb və nəticələrinin Aral gölü ilə oxşarlığını nəzərə alaraq, məni bu məqaləni tərcümə etməyə həvəsləndirdi. Onun taleyi və onu xilas etmək üçün həyata keçirilən siyasətlər, bəlkə də fəlakətin dərinliyini anlamaq və Urmiya gölünü xilas etmək üçün faydalı ola bilər.


  • 252 səhifəlik Kitab
  • AZERBAYCAN'DA ERKEN TÜRK TARİHİ ANLAYIŞI / Oder ALİZADE- Farscaya tərcümə PDF
  • Xülasə :

    Bu tədqiqat Azərbaycan Türk Tarixşünaslığında Erkən Türk Tarixi araşdırmalarına aiddir. Bu kontekstdə Azərbaycanda İlk Türk Tarixinin necə işləndiyi və bu dövrə daxil olan tarixi yanaşma vurğulanıb. Tədqiqatın əhatə dairəsi Azərbaycanda Türk Tarixi yanaşmasının müəyyən etdiyi xronoloji dərinlikdə tərtib edilmişdir.


  • Məqalə
  • URMEVİNİN MUSİQİ İFADƏSİNDƏ QƏDİM ALTI BARMAQ MÖVQƏSİ ÜSULU VƏ PƏRDƏ TRANSKRIPSİYA HƏLLİ/ Rəcəp USLU

    روش قدیم شش انگشت گذاری و راه حل آوا نویسی برای پرده ها در توضیح موسیقی اورموی

    - Farscaya tərcümə PDF
  • Xülasə :

    H. G. Farmerin “musiqi tarixində sistematik məktəbin banisi” olaraq təyin etdiyi musiqi nəzəriyyəçisi Safiyyüddin Urmevinin əsərində bizə məlum olmayan bir musiqi yazı sistemindən bəhs edir. Meraği bu sistemi "altı barmaq mövqeyi" metodu adlandırdı. Bu məqalə “altıbarmaq üsulunun nə olduğu və necə başa düşülməli olduğu” üzərində dayanır, Safiyyüddin tərəfindən yazılmış nümunələrin necə başa düşülməsi lazım olduğunu həll etməyi hədəfləyir və dəqiqliyi sınanmış yeni bir “pərdə transkripsiyası” təklif edir.

  • Məqalə - Farscaya tərcümə PDF
  • BİR ŞAHIS İKİ PORTRE: MUTEZİLE VE HANBELİLERE GÖRE MUÂVİYE B. EBÎ SÜFYÂN /Muhyettin İĞDE

    یک شخص، دو تصویر: معاویه بن ابو سفیان به نقل از معتزله و حنبلی

    Məqalə- Farscaya tərcümə PDF

Ekspertim

grafik Qrafik Dizayn

1988 dən grafik çaləşmasına başladım. sonralar komputer gəlincə grafik align="justify"tasarıların Coreldraw, Photoshop və bənzəri programlarla dəvam etdirdim. Tədqiqatın əhatə dairəsi Azərbaycanda Türk Tarixi yanaşmasının müəyyən etdiyi xronoloji dərinlikdə tərtib edilmişdir.


webVeb Dizayn

2002 ilindən etibarən Veb səhifələri tasarımını da çalışma alanıma qatdım HTML, CSS kodları yazmağa başladım.


digital Rəqəmsal Çap

2008-ci ildən 2020-ci ilin əvvəlinə qədər İsveçdə çap şirkəti açdım və “Puldan başqa hər şeyi çap edirik” şüarı ilə rəqəmsal çap şirkətini idarə etdim.


Bacarıqlar

html
css
Photoshop
Corel
Microsoft
İndesign

Bildiyim dillər

English
Svenska
Türkçe
Azərbaycan türkcəsi
Farsca

Kiməm

bio

1952 də Urmiyə səhərində Topraq qala dərvazasına yaxın bir evdə anadan oldum. Məhəlləmmizi soruşanda İsmail Bəy Məscidi olaraq diyərdik. İbtidai təhsilimi Məhəmməd Rza Şah məktəbi, orta və ali təhsilimi isə Rza Sah Ali Məktəbində təbiət elmləri üzrə təhsil aldim. 1971 də Sah rejiminin SAVAK təşkilati tərəfindən milli kimlik fəaliyətimə görə tutuqlanib 8 ay həpsə məhkum edildim. 1973 təsil ili Universitet imtahanin qazanaraq Urmiyada Əkinçilik və Heyvandarlıq Fakültəsində, Heyvandarlıq Mühəndisliyi oxudum və 1977 də İkinci leytenant zabit olaraq (Tərvic və Abadani Korpusu) başladığım əsgərlik dövründə, 1979da Islam adli inqilabdan sonra müxtəlif islərlə o cümlədən , Tabelaçiliq və ailə sirkətində teflon qablarin istehsali ilə məşgul oldum.1990 dan itibarən sevdigim iş Grafik Dizayna başladim. Sonralar kompüter gəldikdən sonra rəqəmsəl grafikə geçdim və daha sonra internet gəlincə Veb Dizayn da işimə əlavə oldu. 2006 ilində Azərbaycan kimlik etirazları sonrası İran itilaat güclərinin təzyiqləri nəticəsində ölkəni tərk etmək məcburiyətində qaldım. 2008 dən 2019 pandemisi başlayana qədər İsveçdə Linkıping şəhərində özümə aid rəqəmsal çap evində çap işlərilə məşqulidim. 2019 da təqaudlu oldum. Ədəbi-tarixi və digər maraq doğuran mövzularda yazmaq, türk və ingilis dillərindən tərcümə isləri ilə məşgulam və təqaüdümü maksimum dərəcədə istifadə etməyə çaliışıram. Həyatımın bu dövrünün məhsulunu bu saytda görürsünüz.



Tel / WhatsApp: +46 76 22 74 572           E-mail: ali.urman52@gmail.com / ali@aliardi.com

© Created By Ali Ardi